Kar qardaşına çatmaq istəyən futbolçu Bakıya iddialı gəlib
06.06.2009 - 12:52
Kar qardaşına çatmaq istəyən futbolçu Bakıya iddialı gəlib
Bu gün Azərbaycan milli komandası ilə qarşılaşacaq Uels yığmasının futbolçusu Co Allen oyunla bağlı hədəflərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu qardaşına çatmaq arzusundadır. Mayın 29-da Estoniya ilə yoldaşlıq görüşündə ilk dəfə milli forma geyinən Allen Böyük Britaniyanın karlardan ibarət yığmasında oynayan qardaşına çatmaq niyyətindədir: “Harri yaxşı futbolçudur. Bu yaxınlarda karlar arasında olimpiadada da yığmanın şərəfini qoruyacaq. Mən onun bu uğurlarına çox sevinirəm. Lakin Bakıdakı oyundan sonra mən özüm də milli komandada keçirdiyim matçların sayı ilə öyünə biləcəyəm”.

Co bu günkü qarşılaşma haqda da iddialı danışıb: “Çoxları düşünür ki, bizim komanda bir yığın “çiy” gənclərdən təşkil olunub. Onlar elə bilir ki, biz Azərbaycana uduzacağıq. Amma biz Bakıya qələbə qazanmaq üçün gəlmişik. Tarixdə nəticə qalır. Sonra heç kim deməyəcək ki, biz gənclər idik. Elə buna görə də qələbəyə oynayacağıq”.
0