Milli komandamızın baş məşqçisi: Sadəcə, bizə vaxt lazımdır
06.06.2009 - 23:22
Milli komandamızın baş məşqçisi: Sadəcə, bizə vaxt lazımdır
“Birinci hissədə biz pis oynadıq. İkinci hissədə isə yaxşı təsir bağışladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts dünya çempionatının seçmə qrup mərhələsində Uelsə məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Almaniyalı çalışdırıcı vurğulayıb ki, yetirmələri yaratdıqları təhlükəli epizodları qola çevirə bilməyiblər: “Hesab edirəm ki, yığmanın hücumçuları öz potensiallarından istifadə etməyi bacarmırlar. Bizdə Vaqif Cavadov və Vüqar Nadirov kimi gənc futbolçular var. Sadəcə, bizə vaxt lazımdır”.

Qeyd edək ki, mətbuat konfransını Azərbaycanın əksər KİV nümayəndələri boykot ediblər.

0