Tağızadə yenidən millidə
08.06.2009 - 11:42
Tağızadə yenidən millidə
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 17-dən 21-ə qədər “FA of Moldova Cup” turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 19 futbolçu çağırılıb.

Turnirdə ölkəmizin şərəfini Elşən Abdullayev, Abdulla Abatsiyev, Hacı Əhmədov, Slavik Alxasov, Fuad Əsədov, Emil Balayev, Kərim Diniyev, Aleksandr Qross, Rəhman Hacıyev, Fərqan Adyarov, Kazım Kazımlı, Ramil Mansurov, Mehdi Mehdiyev, Turald Mustafazadə, Nuran Qurbanov, Vasif Rzayev, Orxan Sadıqlı, Akif Tağıyev, Ruslan Tağızadə qoruyacaq.

Qeyd edək ki, almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri Moldovadakı yarışda Belarus, Rumıniya və Moldova komandaları ilə mübarizə aparacaq