İbrahim Üzülməz: Azərbaycana vurduğum qolla tarixə düşdüm
08.06.2009 - 11:51
“Azərbaycana vurduğum qolla tarixə düşdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının futbolçusu İbrahim Üzülməz deyib. İyunun 2-də keçirilən yoldaşlıq görüşündə Azərbaycan yığmasının qapısına qol vuran təcrübəli müdafiəçi həmin matçda fərqlənməyini tarixi an olduğunu etiraf edib.
Türkiyəli həmkarlarımızı evində qonaq edən “Beşiktaş”lı futbolçu həmin matça da toxunub: “Azərbaycanla oyunda vurduğum qol milli karyeramda ilk top idi. Mənim üçün bütün “ilk”lərim əzizdir. Özüm üçün bu qolun tarixə düşdüyünü deyə bilərəm. Yoldaşlıq oyunu olsa belə, millinin oyunudur. Həqiqətən də, bu qol mənim üçün böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, iyunun 2-də keçirilən matçda Türkiyə yığması 2:0 hesabı ilə qalib gəlmişdi.

0
0