“Azərbaycan milli komandasının çox yaxşı müdafiə xətti var”
08.06.2009 - 11:54
“Azərbaycan milli komandasının çox yaxşı müdafiə xətti var. Bu müdafiəni yarmaq elə da asan olmadı”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib.
2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan ruslar martın 28-də Moskvada “Lujniki” stadionunda keçirilən rəsmi oyunda 2:0 hesablı qələbə qazandılar. Hələ də bu görüşü unuda bilməyən Hiddinkin fikrincə, Azərbaycanla oyuna 60 mindən azarkeşin gəldiyi halda, böyük hesabla qələbə qazanmamaq arxayınlaşma, rəqibə yuxarıdan aşağıya baxmaqla bağlı deyil: “Belə auditoriyanın qarşısında yığmamızın daha çox gücünü ortaya qoymamasına gəlincə, bu, əzmkarlığın yoxluğu ilə bağlı deyildi. Sadəcə, çox yaxşı müdafiəsi olan Azərbaycan yığmasının arxa xəttini keçmək çətin idi. Əgər biz 3:0 hesabı ilə qələbə qazansaydıq, hamı bu suala verəcəkdir: niyə beş yox? İndi qapısına istədiyin qədər qol vuran komanda qalmayıb. Yalnız San Marino bu mənada istisnadır”.

0
0