“Simurq” planlarını dəyişdi
08.06.2009 - 11:58
“Simurq” planlarını dəyişdi
Avropa Liqasına hazırlaşan “Simurq” klubunun hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Zaqatala Olimpiya İdman Kompleksində bir araya gələrək məşqlərə başlayan Roman Pokoranın yetirmələri Gürcüstana əvvəlcədən planlaşdırıldığından tez yollanacaq.

Qitə kuboklarında debüt edəcək “Simurq” ölkə xaricindəki toplanışa artıq sabah gedəcək. Hərçənd, onlar təxminən bir həftə Zaqatalada hazırlaşmağı planlaşdırırdı. Hazırda yığmanın düşərgəsində olan Tural Cəlilov və Rauf Mehdiyev, həmçinin zədə səbəbindən rəhbərlikdən icazə alan Sergey Sokolov düşərgəyə bir müddət sonra qoşulacağından, komanda 14 futbolçu ilə məşq edir. Bu üç futbolçu isə birbaşa Gürcüstana yollanacaq. Yaxın günlərdə baxışa bir neçə futbolçunun gəlməsi nəzərdə tutulub.
0