Xose Manuel Reyna: Azərbaycanla oyun asan olmayacaq
08.06.2009 - 11:57
Xose Manuel Reyna: Azərbaycanla oyun asan olmayacaq
“Sabah Azərbaycanla oynayacağımız matç asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının futbolçusu Xose Manuel Reyna deyib.

“Liverpul” klubunun da şərəfini qoruyan qapıçı bildirib ki, iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya keçiriləcək arasında yoldaşlıq görüşü əhəmiyyətlidir. O, yoxlama matçında məhz Azərbaycanın rəqib seçilməsi barədə bunları söyləyib: “Bu seçimi federasiya rəhbərliyi edib. Yəqin ki, Azərbaycanı özümüzə layiqli rəqib bildiyindən belə seçim olub”.
0