Almaniyadan daha bir qızıl medal
08.06.2009 - 12:12
Almaniyadan daha bir qızıl medal
Almaniyada təlim-məşq toplantısında olan Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Teymur Kutseba və Aleksandr Qlotov daha bir turnirdə çıxış ediblər. Apasport.az saytının məlumatına görə, Hamburq şəhərində keçirilən beynəlxalq DRV-Junioren Regatta” turnirində Kutseba – Qlotov dueti qızıl medal qazanıb. 2 nəfərlik təkavarlı qayıqda çıxış edən həmyerlilərimiz finalda bütün rəqiblərini qabaqlayaraq, I yeri tutublar.

Təmsilçilərimiz 2000 metrlik məsafəni 7 dəqiqə 36 saniyə 630 mikrosaniyəyə qət ediblər. Bununla da yeniyetmə akademik avarçəkənlərimizin Almaniyadakı bir aylıq təlim-məşq toplantısı başa çatıb. Hazırlıq prosesi çərçivəsində təmsilçilərimiz Münhen və Köln şəhərlərində də beynəlxalq turnirlərdə qüvvələrini sınayıblar. Avarçəkənlərimiz üç beynəlxalq turnirin yekununda 2 qızıl, 2 bürünc medal qazanıblar. Beləliklə, Kutseba – Qlotov dueti 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa iddialı olduqlarını sübuta yetiriblər. Bundan ötrü akademik avarçəkənlərimiz 5 - 8 avqustda Fransanın Briv la Qayard şəhərində keçiriləcək dünya çempionatında ilk “5-liy”ə düşməlidirlər.

Xatırladaq ki, bu gün həm də “Böyük Moskva reqatası”na yekun vurulub. Rusiyanın paytaxtı Moskvada keçirilən yarışda akademik avarçəkənlərimiz 2 qızıl, 1 bürünc medal qazanıblar.

amaf.az
0