“Bizimkilər” qələbə qazandılar
08.06.2009 - 12:32
Azərbaycanda oynayan legionerlər milli komandalarının heyətində qələbə qazanıblar. Apasport.az saytının məlumatına görə, “Bakı”nın moldovalı müdafiəçisi Aleksey Savinov Tiflisdə, “Neftçi”nin estoniyalı arxa xətt oyunçusu Dmitri Kruqlov Tallində keçirilən yoldaşlıq görüşündə qələbəyə sevinib.
Savinovun heyətində yer aldığı Moldova yığması səfərdə Gürcüstanı 2:1 hesabı ilə məğlub edib. Kruqlovun şərəfini qoruduğu Estoniya isə ekzotik ölkələrdən Afrika təmsilçisi Ekvatorial Qvineya yığması üzərində evdə böyük hesablı qələbə qazanıb. Həm Savinov, həm də Kruqlov bu oyunlarda 90 dəqiqə meydanda olmaqla öz yığmalarının qələbəsində pay sahibi olub.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0