İspaniya yığmasının müdafiəçisi Azərbaycan futbolunu təriflədi
08.06.2009 - 12:33
İspaniya yığmasının müdafiəçisi Azərbaycan futbolunu təriflədi
“Bakıya dünən gəlmişik. Şəhəriniz haqqında təəssüratlar böyükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri sabah Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası ilə qarşılaşacaq İspaniya yığmasının üzvü Raul Albiol deyib.

Futbolumuzun ünvanına xoş sözlər söyləyən təcrübəli müdafiəçi vurğulayıb ki, əsasən iyunun 14-də start götürəcək Konfederasiyalar Kubokunu deyil, sabahkı yoldaşlıq görüşünü fikirləşirlər: “Çünki Azərbaycanla qarşılaşma ən yaxın tarixdə baş tutacaq. Konfederasiyalar Kubokundakı matçlar isə sonra olacaq”.

Həmçinin, Albiol ölkəmizdə futbolun inkişaf etdiyini də nəzərə çatdırıb: “Azərbaycanda futbol böyük inkişaf əldə edib. Əgər yoldaşlıq görüşündə qalib gəlsək, bu, psixoloji cəhətdən lehimizə işləyəcək. Nəticədə biz növbəti oyunlara böyük ruh yüksəkliyi ilə çıxacağıq”.

Qeyd edək ki, Raul Albiol “Valensiya” klubunun şərəfini qoruyur.
0