Branimir Subaşiç: Mən xəcalət çəkirəm
08.06.2009 - 12:38
Branimir Subaşiç: Mən xəcalət çəkirəm
“Təəssüf ki, belə üzücü məğlubiyyət aldıq. İlk növbədə azarkeşlərimizə görə məyus oluram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç deyib.

27 yaşlı serbiyalı hücumçu dünya çempionatının seçmə mərhələsinin iyunun 6-da keçirilən qarşılaşmasında Uelsə 0:1 hesablı məğlubiyyətin nə qədər acı olduğunu etiraf edib: “Stadiona toplaşıb bizi dəstəkləyən azarkeşləri, ümumiyyətlə yığmamızın bütün pərəstişkarlarını sevindirmək istəyirdik.

Təəssüf ki, alınmadı. Bilmirəm nə deyim. Sadəcə, mən azarkeşlər qarşısında xəcalət çəkirəm. Xeyli tamaşaçı gəlmişdi. Biz isə onları yenə məyus etdik. Artıq belə davam edə bilməz. Mütləq nəyisə dəyişmək lazımdır. Düzdür, ikinci hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. Sentyabrda oynadığımız Uelslə indikini müqayisə də etmək olmaz. Bunlar iki tam fərqli komandalardır. Həm də biri evdə, digəri səfərdə oynayırdı”.

Extratime.az
0