Fernando Yerro Futbol akademiyasında
08.06.2009 - 12:47
İspaniyanın “Real” klubunun əfsanəsi Fernando Yerro AFFA-nın Futbol akademiyasına gedəcək. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Kral Klubu”nun sabiq futbolçusu da iyunun 9-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İspaniya yoldaşlıq oyununa gəlib. Hazırda İspaniya Futbol Federasiyasının İdman və Texniki direktoru olan Yerronun ölkəmizə səfəri həm də işgüzar xarakteri daşıyır. O bu gün saat 15:15-də AFFA-nın Futbol akademiyasına gedərək akademiyanın iş prinsipi ilə tanış olacaq.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0