“Azərbaycanlı futbolçular bizə fənd gəlmək istəyirdi”
08.06.2009 - 13:35
“Azərbaycan yığmasının oyunçuları yaşca bizdən böyük idilər. Bu səbəbdən də meydanda bəzi fəndlərə əl atmaq istəyirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels milli komandasının və İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Kris Gunter deyib.
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qalib gələn britaniyalıların gənc futbolçusu rəqiblərindən yaşca kiçik olmalarının onlara mane olmadığını düşünür: “Amma biz onların buna nail olmağına imkan verməməyə çalışırdıq. İstəyimizə çatıb qolumuzu da vurduq, müdafiə də olunmağı bacardıq. Qapıçımız Ueyn Hennesi bir neçə dəfə bizi xilas etdi. Bizə qələbə vacib idi və bunu bacardıq”.
Qeyd edək ki, Uels milli komandasının Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxan heyətinin orta yaş həddi 21,7 idi. Bu matçda meydana çıxan futbolçularımızdan yalnız 20 yaşlı Vaqif Cavadov rəqibin orta yaşı ilə müqayisədə kiçik olub.

0
0