Berti Foqts kimi təəccübləndirib?
08.06.2009 - 14:43
Berti Foqts kimi təəccübləndirib?
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Bakı” klubunun müdafiəçisi Elvin Əliyevi təəccübləndirib. Apasport.az saytının məlumatına görə, müdafiəçi yığmamızın Uelsə Bakıda 0:1 hesabı ilə uduzduğu rəsmi oyunla bağlı fikirlərini bildirərkən, daha çox heyətə toxunub. 25 yaşlı müdafiəçi onu yığmadan kənarda qoyan Foqtsun heyəti düzgün müəyyənləşdirmədiyini düşünür: "Berti Foqtsun rəsmi oyuna indiyədək heyətə cəlb edilməyən və formada olmayan futbolçuları buraxması mənim üçün qaranlıq qaldı. Təəccüb doğuranı budur ki, baş məşqçi Azərbaycanda kifayət qədər çalışdığına rəğmən, hələ də oyunçuların potensialına bələd deyil. Oyun və nəticə haqqında danışmaq istəmirəm, ancaq heyətin yanlış qurulduğunu görməmək mümkün deyil".

Qeyd edək ki, Elvin son mövsümdə çıxış etdiyi “Bakı”nın heyətində Azərbaycan çempionu oldu. Foqtsun milli komandamızda debüt oyunları - ötən ilin iyununda Bosniya və Herseqovina və Andorra yığmaları ilə səfərdə keçirilən yoldaşlıq görüşlərində iştirak edən Əliyev bundan sonra dəvət almayıb.

bakifc.az
0