Premyer Liqa baxımlı çempionat deyilmiş...
08.06.2009 - 15:12
Premyer Liqa baxımlı çempionat deyilmiş...
Məşhur “Deliott” şirkəti Avropanın “böyük beşlik” çempionatlarının tamaşaçı sayı ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqası araşdırmalara əsasən ən baxımlı birincilik olub. Arxada qalan mövsüm bu çempionatın hər oyununu orta hesabla 42600 tamaşaçı izləyib.

İkinci olan İngiltərə Premyer Liqası böyük fərqlə geridə qalıb və ikinciliklə kifayətlənib. Burada çempionat matçlarını orta hesabla 35600 adam izləyib. İspaniya və İtaliya birinciliklərində isə bu rəqəm 25 mindən də aşağı olub. Fransa çempionatının orta tamaşaçı sayı 21 minə çatmır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2008/09 mövsümündə hər qarşılaşmaya orta hesabla 1531 tamaşaçı gəlib.
0