Milli komandamızın 5-ci vərəqəsiz oyunu
08.06.2009 - 15:43
Milli komandamızın 5-ci vərəqəsiz oyunu
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uels oyun milli komandamız üçün rekordla əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, yığmamız tarixində 5-ci dəfə seçmə matçı vərəqə almadan bitirib. Bu görüşün hakimi isveçli Markus Stromberqson 90 dəqiqə ərzində Azərbaycan futbolçularını cəzalandırmamaqla, 4 illik seriyaya son qoyub.

Belə ki, yığmamız sonuncu dəfə 4 il əvvəl - 2005-ci ildə, həmin vaxt da Uelslə qarşılaşma zamanı meydanı vərəqə almadan tərk etmişdi. Kardiffdə keçirilən həmin qarşılaşma istisna olmaqla, millimiz vərəqə almadığı bütün seçmə oyunlarını Bakıda keçirib. Və bu qarşılaşmalarda qol da vurmayıb.

Azərbaycan milli komandasının vərəqə almadığı seçmə oyunlar

06.03.1997 - Norveç 0:1
31.03.1999 - Rumıniya 0:1
09.10.2004 - Şimali İrlandiya 0:0
12.10.2005 - Uels 0:2
02.06.2009 - Uels 0:1


Qeyd edək ki, yığmamız tarixi ərzində 73 seçmə oyunu keçirib.
0