Azərbaycan futbolçuları Almaniyanı darmadağın etdilər
08.06.2009 - 16:24
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Almaniya yığması üzərində qələbə qazanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, İspaniyanın Kastelyon şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində iştirak edən milli komandamız almanları böyük hesabla məğlub edib – 5:2. Bu görüşdə komandamızın futbolçusu Elşad Quliyev het-trik etməklə, qələbədə əsas pay sahib olub. İlham Əzizzadə və Hikmət Bağırov isə hərəyə bir qol vurub. Millimiz qrupda son oyununu sabah Avstriya yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan və Almaniya yığmaları böyük futbolda dünya çempionatının seçmə mərhələsində bir qrupda yer alıb. Milli komandamız növbəti oyununu avqustun 12-də Bakıda məhz almanlara qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan və Almaniya yığmaları böyük futbolda dünya çempionatının seçmə mərhələsində bir qrupda yer alıb. Milli komandamız növbəti oyununu avqustun 12-də Bakıda məhz almanlara qarşı keçirəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0