Reklam üçün ən bahalı klublar
08.06.2009 - 17:36
Reklam üçün ən bahalı klublar
Dünyanın 6 futbol klubu reklam müqaviləsindən ilə ən azı 10 milyon funt sterlinq qazanır. Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl ABŞ-ın “Aon” şirkəti ilə müqavilə bağlayıb birinci pilləyə yüksələn “Mançester Yunayted” altı nəhəngin daxil olduğu siyahıya başçılıq edir.

Əvvəlki sponsorundan aldığı pulun məbləğinə görə ikinci olan İngiltərə çempionu yeni müqaviləsi qüvvəyə mindikdən sonra birinci pilləni ələ keçirəcək. Amerikalılardan ildə 20 milyon funt sterlinq reklam pulu alacaq mançesterlilərin AİG-lə anlaşması isə onları “Bavariya” ilə ayaqlaşmağa qoymurdu.

Hazırkı müqaviləyə görə bir ildə ən çox qazanan klublar (milyon funt sterlinqlə)

1. "Bavariya" - T-Home (17,03)
2. "Mançester Yunayted" - AIG (14,0)
3. "Real" - Bwin (12,78)
4. "Çelsi" - Samsung Mobile (10,73)
5. "Şalke-04" - Qazprom (10,22)
5. "Milan" - Bwin (10,22)
0