İkiqat dünya çempionu azərbaycanlı futbolçuların əhatəsində - FOTOSESSİYA
08.06.2009 - 18:05
İkiqat dünya çempionu azərbaycanlı futbolçuların əhatəsində - FOTOSESSİYA
Dünya futbolunun tanınmış simalarından biri, hazırda İspaniya Futbol Federasiyasının İdman və Texniki direktoru vəzifəsində çalışan Fernando Yerro bu gün AFFA-nın Futbol akademiyasında olub. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, assosiasiyanın baş katib Elxan Məmmədov Yerronu akademiyadakı şəraitlə tanış edib.

Daha sonra 41 yaşlı futbol veteran akademiyada “idmanın şahı”nın sirlərini öyrənən yeniyetmələrlə görüş keçirib. U-17-nin baş məşqçisi Oliver Pelzerlə birgə uşaqların önünə çıxan Yerro onlara məsləhətlərini verib.

Qonaq sabah Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq matçını izləyəcək.

Qeyd edək ki, 14 il Madrid “Real”ının şərəfini qorumuş Yerro peşəkar karyerasını 2005-ci ildə bitirib. İstedadlı müdafiəçi 1989-cu ildən 2002-ci ilədək İspaniya yığmasının heyətində 89 oyuna 29 qol vurub. O, İspaniya çempionatının beşqat, Çempionlar Liqasının üçqat, klublararası dünya çempionatının ikiqat qalibidir. Bundan başqa, Yerro 1997/98 mövsümündə Avropanın ən yaxşı müdafiəçisi seçilib.
0