“Kartalspor”un futbolçusu Azərbaycanda oynaya bilər
08.06.2009 - 19:13
Türkiyənin “Kartalspor” klubunun futbolçusu Bayram Toysal karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, aşağı dəstə təmsilçisində oynayan 32 yaşlı müdafiəçi karyerasında ilk dəfə legioner həyatı yaşamağa yaxındır.
Vaxtilə Superliqada “Çanakkale Dardanelspor”, “Gənclərbirliyi”, “Kayserispor”, “Dənizlispor”, “Akçaabat Sebatspor”, “Kocaelispor”, aşağı dəstədə “Samsunspor” və “Kartalspor”da çıxış etmiş Bayram Türkiyə mətbuatına açıqlamasında meneceri vasitəsilə Azərbaycan Premyer Liqası təmsilçilərindən biri ilə danışıqlar apardığını bildirib: “Azərbaycandan əla bir təklif aldım. Danışıqlarımız hələ davam edir. Anlaşmamız alınarsa, karyeramı ölkə xaricində davam etdirəcəyəm. Danışıqlar yekunlaşmadığından klubun adını çəkmək istəmirəm. Keçidim alınmazsa, bəlkə elə “Kartalspor”la yenidən anlaşıb burada qaldım”.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0