Berti Foqts: İspanlarla görüşdə istənilən nəticə qeydə alına bilər
08.06.2009 - 23:24
Berti Foqts: İspanlarla görüşdə istənilən nəticə qeydə alına bilər
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts İspaniya ilə yoldaşlıq görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın sonuncu məşqçindən öncə media qarşısına çıxan alman çalışdırıcı bildirib ki, bu günkü oyunda istənilən hesab qeydə alına bilər.

“Mən yığmada öz missiyamı yaxşı bilirəm. İspanlarla matçda gəlincə, hansı hesabla nəticələnəcəyini bilmirəm. Futbolçulara tapşırıqlarımı vermişəm və onlara bildirdim ki, meydana hər komandadan 11 futbolçu çıxacaq” – deyə Foqts vurğulayıb.

Qeyd edək ki, Azərbaycan – İspaniya matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0