Futbol yaradıcılarından Azərbaycan yığmasına yeddi qol!!!
09.06.2009 - 09:16
Futbol yaradıcılarından Azərbaycan yığmasına yeddi qol!!!
Azərbaycanın 21 yaşlılardan ibarət milli komandası növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsinə hazırlaşan İngiltərə yığması komandamızı böyük hesabla məğlub edib.

Britaniyalıların baş məşqçisi Stüart Pirsin Teo Uolkott kimi ulduz oyunçunu meydana buraxmadığı matçda futbolun yaradıcıları 7:0 hesabı ilə qalib gəlib. Həmyaşıdları qarşısında aciz qalan almaniyalı mütəxəssis Bernard Lippertin yetirmələri artıq ilk dəqiqədən qol buraxmağa başlayıb. Birinci hissədə Mansyen və Qardnerlə yanaşı, öz qapımıza qol vuran qapıçımız Elçin Sadıqov da “fərqlənib”. İkinci hissədə isə ingiltərəli gənclər Kattermoll və Roduellin hərəyə bir, Gibbsin iki qol vurması sayəsində hesabı biabırçı həddə çatdırıb.

Qeyd edək ki, Avropa çempionatının iyunun 15-də İsveçdə başlayan final mərhələsinin qrup oyunlarında İngiltərə yığması Finlandiya, İspaniya və Almaniya ilə bir qrupda mübarizə aparacaq.
0