“Real” Kakanın transferinə 67,2 milyon avro xərclədi
09.06.2009 - 09:29
“Real” Kakanın transferinə 67,2 milyon avro xərclədi
Braziliyalı dünya çempionu Kakanın Madrid “Real”ına keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumameylli yarımmüdafiəçinin “Kral klubu”na transferi tam həllini tapıb. Onun karyerasını İspaniyada davam etdirəcəyi barədə xəbərlər hələ bu ayın əvvəlində yaransa da, Kaka bunu qətiyyətlə təkzib edirdi və “Milan”da qalacağını bəyan edirdi.

Kaka “Real”la 6 illik müqavilə imzalayıb. Madridlilərə bu transfer 67,2 milyon avroya başa gəlib. Onun illik məvacibi 9 milyon avro təşkil edəcək. Braziliyalının bu keçidi dünya futbolu tarixində ikinci ən bahalı transfer oldu. Qüvvədə olan rekord da “Real”a məxsusdur. Vaxtilə “Kral klubu” fransalı yarımmüdafiəçi Zinəddin Zidanı İtaliyanın “Yuventus” klubundan 75 milyon avroya transfer etmişdi.
0