“Simurq”da serbiyalı futbolçular
09.06.2009 - 09:32
Zaqatalanın “Simurq” klubu doqquz futbolçunu baxışdan keçirir. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Azərbaycanı təmsil edəcək zaqatalalılar sınadığı oyunçuların taleyinə bu gün yollanacağı Gürcüstanda aydınlıq gətirəcək.
Qonşu ölkədə baş tutacaq təlim-məşq toplanışında kluba məxsus 14 futbolçu ilə yanaşı, hazırlıq keçəcək yenilərin 4-ü yerli oyunçudur. Elnur Əliyev, Rəhman Həsənov, Hafiz Əliyev və Mikayıl Rəhimovu sınayan ukraynalı baş məşqçi Roman Pokora sərəncamında olan 5 legioneri də baxışdan keçirir. Əcnəbilərdən dördünün adı məlumdur ki, onlar üç ölkəni təmsil edir. Serbiyadan yarımmüdafiəçi Vladimir Bulatoviç və müdafiəçi Nenad Beqoviçi yoxlayan mütəxəssis arxa xətdə oynayan həmyerlisi Aleksandr Şevelyuxin ilə estoniyalı hücumçu Vladislav İvanovu da Gürcüstana aparır.

0
0