Bakıda oynamış futbolçunun qardaşının meyiti evində tapıldı
09.06.2009 - 11:10
Bakıda oynamış futbolçunun qardaşının meyiti evində tapıldı
Tanınmış isveçli futbolçu Henrik Larssonun kiçik qardaşı dünyasını dəyişib. Apaport.az saytının məlumatına görə, 35 yaşlı Robertin meyiti İsveçdə evində tapılıb. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Henrik qardaşının vəfatı ilə əlaqədar İsveç milli komandasının düşərgəsini tərk etməli olub. 37 yaşlı hücumçu sabah 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta yığması ilə evdə keçirəcəkləri rəsmi oyunda iştirak etməyəcək.

Qeyd edək ki, İsveç futbolunun canlı əfsanəsi sayılan Larsson Azərbaycan milli komandasına qarşı həm Bakıda, həm də Stokholmda oynayıb. Larsson 2001-ci il oktyabrın 7-də İsveçin paytaxtından keçirilən görüşün 61-ci dəqiqəsində yığmamıza penalti zərbəsi ilə qol da vurub. Həmin matçda böyük hesabla uduzmuşuq (0:3).
0