Dünya futbolunun ən bahalı 5 transferi
09.06.2009 - 11:18
Dünya futbolunun ən bahalı 5 transferi
Braziliya milli komandasının futbolçusu Kakanın transferi dünyanın ən bahalı oyunçularının siyahısında dəyişikliklərə səbəb olub. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisini ələ keçirən Madrid “Real”ı futbol tarixinin ən bahalı transferlərinin cədvəlində ilk “üçlüy”ə tam sahib olub.

Belə ki, indiyədək ən yüksək məbləğ müqabilində klubunu dəyişən Zinəddin Zidan və Luiş Fiqu da məhz madridlilərlə anlaşmışdı.

Futbol tarixinin ən bahalı transferləri:

1. Zinəddin Zidan ("Yuventus"dan "Real"a) - 76 milyon avro, 2001-ci il
2. Kaka ("Milan"dan "Real"a) - 65 milyon avro, 2009-cu il
3. Luiş Fiqu ("Barselona"dan "Real"a) - 58,5 milyon avro, 2000-ci il
4. Ernan Krespo ("Parma"dan "Latsio"ya) - 53,6 milyon avro, 2000-ci il
5. Canluici Buffon ("Parma"dan "Yuventus"a) - 49,2 milyon avro, 2001-ci il
0