Elşad Nəsirovla Kazbek Tuayev nəyi müzakirə edib?
09.06.2009 - 11:37
Elşad Nəsirovla Kazbek Tuayev nəyi müzakirə edib?
İctimai Futbol Təşkilatları İctimai Birliyinin iclası keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, tədbirdə qurumun prezidenti Elxan Tağızadə, Futbolsevərlər Birliyinin rəhbəri Elşad Nəsirov, Futbol Veteranları İttifaqının sədri Rasim Zeynalov, Futbol Hakimləri Birliyinin sədri Gülağa Cabbarov, Azərbaycan Futbolçuları Birliyinin sədri Musa Qurbanov və Futbol Məşqçiləri Birliyinin sədri Kazbek Tuayev iştirak ediblər. İclasda İctimai Futbol Təşkilatlarının əsas fəaliyyət istiqamətləri, gələcək planları müzakirə edilib.

Qeyd edək ki, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla veteran futbolçumuz Kazbek Tuayev həm də assosiasiyanın İcraiyyə Komitəsinin üzvləridir.
0