Baldovaliyev Azərbaycanda oynamaqdan imtina edib
09.06.2009 - 12:08
Baldovaliyev Azərbaycanda oynamaqdan imtina edib
Makedoniya yığmasının futbolçusu Zoran Baldovaliyev karyerasını Azərbaycanda davam etdirmək istəməyib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu ölkəmizdən təklif alsa da, hazırda çıxış etdiyi Sofiya “Lokomotiv”ində qalmağa üstünlük verib.

2005/06 mövsümündə İmişlinin “MKT-Araz” klubunun şərəfini qoruyan Zoran Bolqarıstanda qalmasını belə izah edib: “Türkiyə, Rusiya, Kipr, Yunanıstan, Ukrayna və Azərbaycandan təklif almışdım. Lakin “Lokomotiv” rəhbərliyi mənim başqa kluba keçidim haqda heç düşünməyərək mənə daha bir illik anlaşma təklif etdi. Bu təkliflə razılaşdığımdan heç bir kluba transferim baş tutmadı”.

Qeyd edək ki, Baldovaliyev Azərbaycan çempionatında keçirdiyi 16 oyuna 4 qol vurub.
0