Arda Turan “Qalatasaray”da top daşıyan olub...
09.06.2009 - 15:15
Türkiyənin ən istedadlı futbolçulardan biri Arda Turan şərəfini qoruduğu “Qalatasaray” klubuna sadiqliyini bir daha nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçisi qonaq olduğu televiziya proqramlarının birində “Cim Bom”a sədaqətini göstərib.
“Allah mənə “Beşiktaş” və “Fənərbaxça”da oynamağı nəsib etməsin! Bunu ciddi söyləyirəm - mənim “Qalatasaray”a bağlılığım uşaqlıqdan gəlir” - deyə Arda vurğulayıb.
O, “sarı-qırmızılı” klubda əfsanəyə çevrilmək istədiyini gizlətməyib: “Bu forma ilə qazandığımı uğurları gələcəkdə öz övladlarıma göstərəcəyəm. Həm də futbolçu karyeramı başa vurduqdan sonra klubda uşaq futbolu sahəsində və ya digər vəzifədə çalışıb, “Qalatasaray”a xidmət göstərmək istəyirəm”.
Turan özünü 20 min dollar müqabilində sığortaladığını da bildirib. Əgər o, zədə ucbatından futbolla vidalaşmaq məcburiyyətində qalarsa, sığorta şirkəti ona 1 milyon dollar ödəyəcək.
Yeniyetmə yaşlarında “Qalatasaray”da top daşımaqla məşğul olan Arda başına gələn bir hadisəni də danışıb: “Bir dəfə oyun qurtardıqdan sonra Hasan Şaşa yaxınlaşıb, ondan formasını istədim. O isə “Get, burdan” deyə cavab verdi”.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0