“Çelsi” və “Real” Bakıya gələn futbolçuya sahib çıxmaq istəyir
09.06.2009 - 16:21
“Çelsi” və “Real” klubları İspaniya yığmasının heyətində Bakıya gələn David Vilya uğrunda mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, ingilislər “Valensiya”da forma geyinən 28 yaşlı hücumçuya 38 milyon funt sterlinq təklif ediblər. Madrid təmsilçisi isə Vilya üçün 24 milyon funt sterlinq nağd pul və üstəgəl hücumçu Alvaro Neqredonu verməyə hazırdır.
“Çelsi” və “Real”ın idman direktorları hazırda Valensiya şəhərindədirlər. Belə ki, London təmsilçisindən Frank Arnesen, Madrid klubundan Xorxe Valdano “Valensiya”nın rəhbərliyi və futbolçunun agenti Xose Luis Tamarqo ilə danışıqlar aparır. Vilya isə bəyan edib ki, gələcək karyerası ilə bu həftə qərar verəcək. Yəni, hücumçu milli komandamızla bugünkü yoldaşlıq görüşündən sonra hansı klubda oynayacağını açıqlayacaq.
Qeyd edək ki, Vilya ötən yay İspaniya yığmasının heyətində həm Avropa çempionu oldu, həm qitə birinciliyinin bombardiri (4 qol) kimi “Qızıl buts”a layiq görüldü.

0
0