Zədəli Hacıyevin iddiası
09.06.2009 - 16:55
Zədəli Hacıyevin iddiası
“Final oyunun ilk dəqiqəsində zədələnəndə ikiqat qat pis oldum. Həm komanda çətin vəziyyətdə qaldı, həm də heç kim belə həlledici matçda kənardan qalmaq istəməz. Sevindirici haldır ki, son anda komandamız qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın müdafiəçisi Aftandil Hacıyev klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan kuboku uğrunda Bakının “İnter” klubu ilə final görüşünün (1:0) artıq 2-ci dəqiqəsində ağır zədələnən 28 yaşlı müdafiəçi bir müddət qoltuq ağası ilə gəzdi. Artıq fərdi məşqlərə başlayan Aftandil Azərbaycan kubokunu qazanmalarına zədəsinin tezliklə sağalmasına səbəb olduğunu düşünür: “Şükürlər olsun ki, indi hər şey yaxşıdır. İnşallah, Avroliqanın oyunlarına qədər tam hazır olacağam. Ən azı iki mərhələ keçmək istəyirik. Düzdü, bu çətin olsa da, mümkün olmayan heç nə yoxdur”.
0