Azərbaycan yığması İngiltərə futbolunun tarixinə düşdü
09.06.2009 - 23:38
Azərbaycan yığması İngiltərə futbolunun tarixinə düşdü
Azərbaycan İngiltərə yığmasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası bu ölkənin 21 yaşlılardan ibarət milli komandasının tarixi ərzində qazandığı ən böyük hesablı qələbələrin siyahısını açıqlayıb.

Srağagün Milton-Keynes şəhərində keçirilən yoxlama oyununda Azərbaycanın 21 yaşlılardan ibarət komandasını 7:0 hesabı ilə məğlub edən britaniyalılar tarixi ərzində daha böyük fərqlə qalib gəlməmişdi. Yalnız bir dəfə ingilis gəncləri 7 top fərqi ilə qələbə qazanıb. 32 il əvvəl onlar Finlandiya yığmasını 8.1 üstələmişdi. Həmin qarşılaşmadakı 7 topluq fərqi təkrarlamaqla rekordu təkrarlayan Stüart Pirsin komandası daha bir dəfə 7 qol vursa da, qapısında 3 cavab top görüb.

İngiltərənin gənclərdən ibarət yığma komandasının tarixində ən böyük hesablı qələbələr

1977. İngiltərə - Finlandiya 8:1
2009. İngiltərə - Azərbaycan 7:0
1977. İngiltərə - Norveç 6:0
1991. Meksika - İngiltərə 0:6
1993. İngiltərə - San-Marino 6:0
2000. Türkiyə - İngiltərə 0:6

Ən çox qol vurulan oyun
1990. Fransa - İngiltərə 3:7

Qeyd edək ki, 0:7 hesablı məğlubiyyət yığmamız üçün də ən acınacaqlı məğlubiyyətdir. İndiyədək 21 yaşlılarımız ən pis halda – 2003-cü il oktyabrın 10-da İtaliyaya 0:6 hesabı ilə uduzmuşdu.
0