Skolari rəsmən “Bunedkor”da!
09.06.2009 - 17:50
Skolari rəsmən “Bunedkor”da!
2002-ci ildə Braziliya yığması ilə dünya çempionu olan Luis Felipe Skolari Özbəkistanın “Bunedkor” klubu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya milli komandası və “Çelsi” klubundakı fəaliyyəti ilə də tanınan təcrübəli mütəxəssis Daşkənd təmsilçisində 18 ay çalışacaq. Yeni komandası ilə il yarımlıq müqavilə imzalayan Skolari işinin icrasına gələn ay başlayacaq.

Məşqçilər korpusunda “Çelsi”də Skolari ilə çalışan mütəxəssislərin bəziləri yer alıb. O, Özbəkistana Braziliya yığmasının sabiq futbolçusu Sezar Sampayo ilə gələrək, bu ölkənin milli komandasının Yaponiya ilə rəsmi matçını izləyib. Skolari stadionun VİP lojasında Özbəkistan Futbol Federasiyasının prezidenti Mirabror Usmanovla görüşüb və məhz onunla müqavilənin bağlanması haqda razılıq əldə olunub.

Qeyd edək ki, Skolaridən əvvəl “Bunedkor”u çalışdıran həmyerlisi Artur Ziko bu ilin əvvəlində Rusiya MOİK-inə keçib. 2002-ci ildə mütəxəssisin rəhbərliyi altında dünya çempionu olan Rivaldo isə futbolçu karyerasını hələ də Daşkənd təmsilçisində davam etdirir.
0