Rumın məşqçinin “Neftçi”dən təklif aldığı təsdiqləndi
09.06.2009 - 18:06
Rumın məşqçinin “Neftçi”dən təklif aldığı təsdiqləndi
“Giresunspor” klubunun rumıniyalı çalışdırıcısı Yüksəl Yeşilova Bakının “Neftçi” komandasına baş məşqçi kimi dəvət olunmayıb. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatına açıqlamalarında Bakı təmsilçisini çalışdırmaq təklifi aldığını, lakin razılaşmadığını iddia edən mütəxəssisə klubda başqa iş təklif olunubmuş.

Belə ki, “Neftçi” rəhbərliyi həqiqətən də Yeşilovanı komandada görmək istəsə də, o baş məşqçi Böyük Ağayevin yerinə yox, köməkçisi postuna gəlməli imiş. Bakılılar bir neçə xarici dil bilən mütəxəssisdən fiziki hazırlıq üzrə məşqçi kimi yaralanmaq istəyirmiş. Baş məşqçi kimi işləməyə üstünlük verən rumıniyalı elə bu səbəbdən Azərbaycandan aldığı təkliflə razılaşmayıb.
0