Yığmamız Avstriyaya uduzdu və şansını qorudu...
09.06.2009 - 18:29
Yığmamız Avstriyaya uduzdu və şansını qorudu...
Çimərlik futbol üzrə Azərbaycan milli komandası İspaniyada keçirilən dünya çempionatının seçmə mərhələsində bu gün son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri gözlənilmədən qrupun autsayderi Avstriyaya məğlub olublar - 4:5.

Bununla da, milli komandamız 1/8 finala çıxmaq şansını çətin salıb. Yığmamız növbəti mərhələyə adlamaq üçün Almaniyanın bir saatdan sonra başlanacaq matçda Portuqaliyaya uduzmasına ümid bağlayır.

Hazırda Azərbaycan, Avstriya və Almaniyanın 3 xalı var. Lakin futbolçularımız topların nisbətinə görə, daha yaxşı göstəriciyə (13-13) malikdir. Almaniya (9-9) və Avstriyanın (15-23) isə topların nisbətində vəziyyətləri yaxşı deyil. Növbəti mərhələdə iştirak hüququ əldə etmək üçün ilk iki pillədən birini tutmaq və ya ən yaxşı göstəricilərlə 3-cü pillədə qərarlaşan iki kollektivdən biri olmaq lazımdır.

Avropanın seçmə mərhələyə qatılmış 26 komandasından 5-i dünya çempionatına yüksələcək.
0