Visente del Boske: Futbolda insaflı və insafsız rəqib yoxdur
09.06.2009 - 22:30
Visente del Boske: Futbolda insaflı və insafsız rəqib yoxdur
“Bizim üçün əsas məqsəd qələbə qazanmaq idi. Hesabın necə olması bizim üçün elə də vacib deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib.

Azərbaycan milli komandası üzərində qazanılan 6:0 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında ispan çalışdırıcı bildirib ki, adətən aşağı səviyyəli komandalarla oyunda sürprizlər gözlənilir. Amma bu, baş verməyib: “Məqsədimiz bu günkü qarşılaşmada qələbə qazanıb Konfederasiyalar Kubokuna yaxşı hazırlaşmaq idi. Futbolda insaflı və insafsız rəqib yoxdur. Azərbaycan futbolçularının qol vurmaq üçün imkanı oldu. Amma bundan yararlana bilmirlərsə, bu, onların problemidir. İlk 30 dəqiqədə gözəl mübarizə apardılar. Ancaq sonacan - 90 dəqiqə oynamaq lazımdır. Adətən aşağı səviyyəli komandalarla oyunda sürprizlər gözlənilir. Amma bu baş vermədi”.
0