Milli komandamız yenidən İspaniya ilə qarşılaşa bilər
10.06.2009 - 09:34
Azərbaycan milli komandasının rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, çimərlik futbolu üzrə yığmamız İngiltərə ilə qarşılaşacaq. Dünya çempionatının İspaniyanın Kastelyon şəhərində keçirilən seçmə oyunlarında qrup mərhələsini adlayan Emil Cabbarovun yetirmələri 1/8 finalda futbolun yaradıcıları ilə görüşəcəklər.
Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:15-də başlayacaq. Futbolçularımız bu görüşdə qalib gələrsə, iyunun 12-də keçiriləcək ¼ final matçında İspaniya – İsrail matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız qrup mərhələsində Portuqaliya (4:6), Almaniya (5:2) və Avstriya (4:5) ilə qarşılaşaraq 5 vəsiqə uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışdı.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0