“Hörmətsizlik olmasın deyə, Azərbaycan yığmasına qarşı 10 nəfərlə oynamadıq”
10.06.2009 - 09:54
“Azərbaycanla matçın gedişində bir də onda ayıldım ki, ehtiyat oyunçular skamyasında meydana buraxacaq futbolçum yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Stüart Pirs deyib.
Britaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Azərbaycanla 7:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşünün son 15 dəqiqəsində - hücumçusunun zədələnməyindən sonra 10 nəfərlə də oynamaq iqtidarında olduqlarını bildirib: “Belə duruma düşməyimiz xeyrimizə oldu. Çünki bu tip vəziyyətdən necə çıxmaq lazım olduğunu dərk etdik. Zədələnən Li Kattermoulun əvəzinə ehtiyat qapıçı Cozef Lyuisi buraxmalı oldum. Sonradan o nə qədər çətinliklə üzləşdiyini etiraf etdi. Elə danışırdı ki, guya Kempbelldən də çox qaçmalı olub. Videotəkrara baxıb Azərbaycanla matçdan nəticə çıxaracağıq. Əslində, Kattermoulun sona 15 dəqiqə qalmış zədələnməyindən sonra onu meydandan çıxarıb yerinə heç kimi buraxmaya da bilərdim. Amma oyunu 10 nəfərlə davam etdirmək Azərbaycan yığmasına qarşı hörmətsizlik olardı. Düşündük ki, onlar hücum xəttimizdə qapıçının olduğunu bilməyəcək”.

- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0