Bakıda ispan futbolçunun başına 6 tikiş qoydular - FOTOSESSİYA
10.06.2009 - 10:19
“Həmin epizodda nə baş verdiyini yaxşı dərk edə bilmədim. Bircə onu bildim ki, başımdan güclü zərbə aldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının futbolçusu Sesk Fabreqas deyib.
Azərbaycan yığması ilə görüşdə başından zədələnərək, meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan 22 yaşlı yarımmüdafiəçi oyunun faydasından da danışıb: “Bu görüş yığmamız üçün çox xeyirli oldu. Xüsusilə də mənim kimi İngiltərə çempionatında oynayanlar üçün. Çünki biz İspaniyada çıxış edən futbolçularla yenidən birlikdə olmaq imkanı qazandıq”.
Qeyd edək ki, meydanı al qan içində tərk edən İngiltərənin “Arsenal” klubunun kapitanının başına 6 tikiş vurulub.
Fotolar qol.az saytından götürülüb.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0