Vilya Bakıda üçüncü oldu
10.06.2009 - 10:46
Azərbaycanla Bakıda keçirilən yoldaşlıq görüşü İspaniya yığmasının futbolçusu David Vilya üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qonaqların 6:0 hesabı ilə qalib gəldiyi görüşdə qolların yarısına imza atan hücumçu İspaniyanın tarixində yığmada ən çox qol vuranların siyahısında üçüncü pilləyə yüksəlib.
Milli formada keçirdiyi 44-cü qarşılaşmada 28-ci qoluna imza atan Vilya indi yalnız Raul (102 oyuna 44 qol) və Fernando Yerrodan (89 oyuna 29 qol) geri qalır. Hərçənd, Azərbaycan yığması ilə matçadək David yalnız beşinci pillədə yer alırdı. Bakıdakı “het-trik” ona Fernando Moryentes (47 oyuna 27 qol) və Emilio Butragenyo (69 oyuna 26 qol) kimi bombardirləri arxada qoymağa imkan verib.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0