Respublika stadionu İspaniya milli komandasının tarixinə düşdü
10.06.2009 - 11:28
Respublika stadionu İspaniya milli komandasının tarixinə düşdü
Azərbaycan milli komandası İspaniya yığmasının tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, pireneylilər Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 6:0 hesabı ilə qalib gəlməklə, ən böyük hesablı səfər qələbəsini qazanıb. İlk matçını 1920-ci ildə keçirən və həmin vaxtdan 556-cı qarşılaşmasına çıxan rəqibimiz 89 illik tarixində heç vaxt rəqib meydanında daha böyük qələbə qazanmayıb. İndiyədək iki dəfə səfərdə 6:0-a sevinən İspaniya millisi San Marino ilə qarşılaşmalardakı rekordunu Bakıda təkrarladı.

İspaniya yığmasının ən böyük hesablı səfər qələbələri

31.03.1999

San Marino

İspaniya

0:6

12.10.2005

San Marino

İspaniya

0:6

09.06.2009

Azərbaycan

İspaniya

0:6



Ümumilikdə isə, İspaniya yığması tarixi ərzində daha 13 qarşılaşmada azı 6 top fərqi ilə qalib gəlib.

21.05.1933

İspaniya

Bolqarıstan

13:0

21.12.1983

İspaniya

Malta

12:1

05.06.1999

İspaniya

San Marino

9:0

27.03.1999

İspaniya

Avstriya

9:0

19.12.1990

İspaniya

Albaniya

9:0

11.03.1934

İspaniya

Portuqaliya

9:0

14.04.1929

İspaniya

Fransa

8:1

08.09.1999

İspaniya

Kipr

8:0

24.11.1971

İspaniya

Kipr

7:0

06.09.1995

İspaniya

Kipr

6:0

15.10.1969

İspaniya

Finlandiya

6:0

01.11.1962

İspaniya

Rumıniya

6:0

01.06.1952

İspaniya

İrlandiya

6:0


Qeyd edək ki, 2005-ci ildən sonra belə böyük hesablı qələbə qazanmayan İspaniya yığmasının Bakıdakı qələbəsi baş məşqçi Visente del Boskenin yığma karyerasında da ən fərqli qalibiyyət oldu.
0