İspaniyalı hücumçu Azərbaycanı Yeni Zelandiyaya bənzətdi
10.06.2009 - 13:40
İspaniyalı hücumçu Azərbaycanı Yeni Zelandiyaya bənzətdi
İspaniya yığmasının üzvü David Vilya 6:0 hesablı qələbədən sonra Azərbaycanı Yeni Zelandiyaya bənzədib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu milli komandamıza qarşı oynamağın faydalı olduğunu söyləyib.

“Belə kollektivlə oynamaq da fayda verir. Çünki Azərbaycan yığması səviyyə baxımdan Konfederasiyalar Kubokundakı rəqibimiz Yeni Zelandiyaya ilə müqayisə edilə bilər. Buna görə də matçın çox hissəsini müdafiədə keçirən komandanın müdafiə xəttini yarmaq üçün biz bir sıra epizodlar üzərində işlədik” - deyə Vilya vurğulayıb.

Yığmamızla görüşdə 34-cü, 38-ci və 45-ci dəqiqədə het-trikə imza atan futbolçu tarixi ekskursiyaya çıxıb: “Əlbəttə, axırıncı dəfə 3 qol vurduğum oyunu xatırlayıram. Ötən il Avropa çempionatında Rusiya ilə matçda het-trik etmişdim. Həmin qollar bu dəfəkilərdən vacib idi”.
0