Sxadadze yeganə böyük hesablı məğlubiyyəti Xodukindən alıb
10.06.2009 - 14:29
Sxadadze yeganə böyük hesablı məğlubiyyəti Xodukindən alıb
Bakının “İnter” klubunun yeni baş məşqçisi Kaxaber Sxadadze köhnə çalışdırıcısı Valentin Xodukini məğlub edə bilməyib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı gürcü mütəxəssis “Standard”ın sükanı arxasında Xodukinlə dörd dəfə görüşüb. Özü də bunların hamısı ötən ilə təsadüf edib.

Ölkəmizdə bir il çalışan 41 yaşlı Sxadadze 2007/08 mövsümünün ikinci, ötən mövsümün ilk dövrəsində “Standard”ın sükanı arxasında olub. Sxadadze ilə Xodukinin dörd görüşündən ikisi kuboka təsadüf edib. “Standard” “İnter”i bu turnirdən kənarlaşdırmağa yaxın olduğu halda, buna nail olmadı. Gənc həmkarı ilə dörd oyundan üçündə qələbə qazanan Xodukin yalnız birində heç-heçə edib (topların fərqi 9-4).

Bu görüşlərin birində böyük hesablı qələbə qazanılıb. Həmin uğursuzluq Sxadadzenin Azərbaycan çempionatında bir illik fəaliyyəti zamanı yeganə böyük hesablı məğlubiyyət olub və onu “İnter”də xələfindən alıb. Onun ölkəmizdə ilk böyük hesablı məğlubiyyəti isə Azərbaycan kubokunun ¼ finalına təsadüf edib ki, onda da üç top fərqi ilə ukraynalı mütəxəssisə uduzub – 1:4.

Bu, Anatoli Demyanenkonun çalışdırdığı “Neftçi” ilə görüşə təsadüf edib. Yaşlarını nəzərə alsaq, ata-oğul yerinə düşən Xodukinlə Sxadadzenin görüşündə daha təcrübəlisi üstün olub.

Qeyd edək ki, Sxadadze qışda “Standard”la müqaviləsini uzatmayaraq, istefa verməyi daha üstün tutdu. Bundan sonra baş məşqçisi postunu köməkçisi Badri Kvaratsxeliyaya təhvil verən gürcü ölkəsinin 21 yaşlılardan ibarət yığma komandasının sükanı arxasında keçdi. Xodukin Kvaratsxeliyanın çalışdırdığı “Stadndard”ı yenə bilmişdi – 2:0.

2007/08 mövsümü
XV tur

24 fevral
“Standard” – “İnter” – 1:2

2008/09 mövsümü
II tur

16 avqust
“İnter” – “Standard” – 3:0

Azərbaycan kuboku, 1/8 final mərhələsinin ilk oyunu
29 oktyabr
“İnter” – “Standard” – 2:2

Azərbaycan kuboku uğrunda 1/8 mərhələsinin cavab görüşü
6 noyabr
“Standard” – “İnter” – 1:2
0