“Xəzər-Lənkəran”dan qovulan futbolçu: Klubumla fəxr edirəm!
10.06.2009 - 15:08
Mövsüm başa çatınca “Xəzər-Lənkəran” klubunun transferə çıxardığı Renato Keyruş Portuqaliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Azərbaycanda oynamış ilk portuqaliyalı kimi tarixə düşən hücumçu sabiq komandasının çıxışına biganə qalmadığını bildirib.
Belə ki, Renatonun 5 il şərəfini qoruduğu “Pakuş Ferreyra”nın tarixində ilk tituluna - ölkə kubokuna sahib çıxması Keyruşu çox sevindirib: “Klubumla fəxr edirəm. Onlar titul qazanmağa layiq idilər. Komandaya qayıtmağa, avrokuboklarda doğma klubuma kömək etməyə hazıram. Çox istəyərdim ki, kubokun sevincini də onlarla qeyd edim”.
Qeyd edək ki, ötən yay “Xəzər-Lənkəran”a gələn Renatonun 2002/04 və 2005/08-ci illərdə şərəfini qoruduğu “Pakuş Ferreyra” Avropa Liqasında mübarizəyə ikinci mərhələdən başlayacaq və Ağdamın “Qarabağ” klubunun potensial rəqiblərindən biridir.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0