Yeni layihə: BİZİM FUTBOL
10.06.2009 - 15:42
Yeni layihə: BİZİM FUTBOL
Azərbaycanda dərc olunan idman nəşrlərinin sırasına daha biri əlavə olunub. Apasport.az saytının məlumatına görə, yeni idman nəşri olan “Bizim Futbol” jurnalının ilk sayı artıq işıq üzü görüb.

Bu dərgi yalnız ölkə futboluna həsr olunması ilə digərlərindən fərqlənir. Müstəqil və 76 səhifədən ibarət jurnalın ilk sayında bir çox maraqlı mövzulara toxunulub. Burada Premyer Liqa və birinci divizionun yekunları ilə bərabər, futbolumuzun görünməyən tərəfləri barədə yazılara da yer ayrılıb. “Bakı”nın prezidenti Hafiz Məmmədov, “Neftçi”nin başçısı Əkbər Hacıyev, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin müsahibələri, Andrey Rubin, Levan Silaqadze, Erik Obidike və Aleksey Savinovun özəl həyatı, həmçinin “Bakı” ilə “Qarabağ”ın çempionluq və kuboku qazanmaq münasibətilə keçirdikləri tədbirlərdən özəl reportaj və şəkillər də “Bizim Futbol”da əks olunub. Qızların sevimlisi Fərid Quliyevlə Ramil Sayadov, tanınmış müğənni İlqar Muradov və Milli Məclisin deputatı Nazim Məmmədovun futbol mövzusunda düşüncələri də maraqlıdır.

Qeyd edək ki, “Bizim Futbol”un hər ay işıq üzü görməsi planlaşdırılır. Dünən ilk sayı çıxan jurnal Azərbaycan – İspaniya yoldaşlıq görüşündən sonra azarkeşlərə pulsuz paylanıb.
0