“İnter”in futbolçularına pul mükafatı
10.06.2009 - 16:44
Bu gün Bakının “İnter” klubunun futbolçuları mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, "Şəfa" İdman və Sağlamlıq Kompleksinin ərazisində yerləşən "İnter" kafesində Fransada futbol üzrə beynəlxalq turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Yeniyetmələrdən ibarət komanda bu il mayın 29-dan iyunun 2-ə kimi Lil şəhərində keçirilən turnirdə iştirak edərək, hamıdan güclü olub. Klubun prezidenti Georgi Nikolov yeniyetmə futbolçularının beynəlxalq yarışda Avropa komandalarını məğlub edərək, 1-ci yerə çıxmasını yüksək qiymətləndirmiş və onlara yeni-yeni qələbələr arzulayıb. “İnter”ə himayədarlıq edən Beynəlxalq Bankın nümayəndəsi Rauf Məmmədov da komandanın Fransadan çempion kimi qayıtmasını alqışlayaraq, yeniyetmə futbolçuları yüksək nəticə əldə olunması münasibətilə təbrik edib.
Qısa çıxışlardan sonra komanda üzvlərinə pul mükafatları təqdim olunub.
Qısa çıxışlardan sonra komanda üzvlərinə pul mükafatları təqdim olunub.
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0