“Real”ın futbolçularına “təpik” qonaqlığı - FOTO
10.06.2009 - 16:50
“Real”ın futbolçularına “təpik” qonaqlığı - FOTO
Braziliyanın “Korintians” və İspaniyanın “Real” klublarının oyunu qalmaqalla nəticələnib. Apasport.az saytının məlumatına görə, iki məşhur klubun 18 yaşlılardan ibarət komandaları arasındakı qarşılaşma futbolla başlayıb karate döyüşü ilə sona çatıb.

“Real”ın vurduğu üçüncü qoldan sonra özündən çıxan braziliyalıların əsəbləri dözməyib və onlar dava-dalaş salıblar. Şahidlərin sözlərinə əsasən, yeniyetmələrin işlətdiyi fəndlər məşhur “Mortal kombat” oyununun epizodlarını xatırladıb. Qalmaqal zamanı daha çox ayaqları ilə zərbə vuranlar bununla da futbolçu olmalarını nümayiş etdiriblər.
0