Sevidov: Rusiya yığmasına Azərbaycanla görüş çətin olacaq
11.06.2009 - 11:11
Sevidov: Rusiya yığmasına Azərbaycanla görüş çətin olacaq
“İstənilən oyun ağır olur. Yığmamıza hətta Azərbaycan və Uelslə görüşlərdə də çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı mütəxəssis Yuri Sevidov deyib.

SSRİ dövründə Bakının “Neftçi” klubunda məşqçi işləmiş Sevidov Rusiyanın 2010-cu il dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcəyi Azərbaycan yığması ilə Bakıdakı görüşdən ehtiyatlanır. Şimal qonşularımız Finlandiyanı səfərdə də 3:0 hesabı ilə məğlub etdikdən sonra qrup lideri Almaniyadan cəmi 1 xal geri qalır. İndi dünya çempionatının final mərhələsinə vəsiqə verən 1-ci yerin taleyinə Rusiya və Almaniyanın Moskvadakı görüşündə aydınlıq gələcək.

Oktyabrın 10-da almanları qəbul edəcək ruslar bundan 4 gün sonra milli komandamızın qonağı olacaq. Sevidov yığma komandasına istənilən rəqiblə görüşə ciddi yanaşmağı tövsiyə edir: “Fikrimcə, hər oyuna pley-off matçı kimi baxmaq lazımdır. Biz növbəti, həddən artıq vacib oyunda qələbə qazandıq. Ancaq bundan sonra demək olmaz ki, indi qrupda minimum 2-ci yeri tutacağıq. İstənilən oyun, hətta Azərbaycan və Uelslə görüş öz-özlüyündə çətindir. Əlbəttə ki, Almaniya ilə oyun seçilir. Belə götürəndə hər şey bu rəqiblə görüşdə həll olunacaq”.
0