Azərbaycan yığmasına qol vurdu, rekordçu oldu
11.06.2009 - 11:49
Azərbaycan yığmasına qol vurdu, rekordçu oldu
Azərbaycan milli komandasına qol vurmaq rusiyalı yarımmüdafiəçi Konstantin Zıryanova düşərli olub. Apasport.az saytının məlumatına görə, yığmamızla martın 28-də Moskvadakı görüşdə fərqlənən 32 yaşlı futbolçu milli komandasının rekordçusuna çevrilib.

Məsələ ondadır ki, Zıryanov ardıcıl üç görüşdə qol vuran ilk oyunçu kimi Rusiya futbolunun tarixinə düşdü. İndiyədək 1997-ci ildə İqor Simutenkov, 1999-cu ildə Vladimir Besçatnıx və 2007-ci ildə Aleksandr Kerjakov yığmada ardıcıl iki oyunda qol vurmuşdu. Çıxış etdiyi Sankt-Peterburqun “Zenit” klubunun heyətində UEFA kuboku və Superkubokunun qalibi olan Zıryanov bununla da milli komandada yeni rekorda imza atıb.

Qeyd edək ki, Konstantin milli komandamızla yanaşı, Finlandiya yığması ilə dünənki səfər oyununda (3:0) da görüşdə son nöqtəni qoyub. O, aprelin 1-də Lixtenşteyn milli komandası ilə səfər oyununda (1:0) vurduğu yeganə qolla yığmasına qələbə qazandırıb.
0