Yığmamız İngiltərəni udub, 1/4 finala yüksəldi! - FOTO
11.06.2009 - 13:43
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İspaniyanın Kastilyon-de-la-Plana şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsinin 1/4 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun rəhbərlik etdiyi kollektiv bu gün 1/8 final mərhələsində İngiltərəni üstələyib. Futbolçularımız britaniyalılar üzərində 3:1 hesablı qələbə qazanıblar. Yığmamızın heyətində qollara Hikmət Bağırov (2) və Elnur Əhmədov imza atıb.
Növbəti mərhələdəki rəqibimiz bu gün axşam müəyyənləşəcək. Bu, ya İspaniya, ya da İsrail komandası olacaq. Milli komandamız 1/4 finalda uduzacağı təqdirdə belə, dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirəcək. Məsələ burasındadır ki, seçmə mərhələdə ilk 5 pilləni tutan kollektivlər mundialda oynamaq hüququna yiyələnirlər.
Seçmə mərhələ iyunun 14-də yekunlaşacaq.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0